Məşhur aktyordan inanılmaz tryuk!
Kaskadyorların xidmətindən istifadə etməməsi ilə məşhurlaşan aktyor Tom Kruz “Həyata keçirilməz missiya” filminin dördüncü hissəsinin çəkilişində 828 metr hündürlükdəki göydələnin fasadında qaçıb. Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, qara paltar geyinmiş 48 yaşlı aktyor Dubayda yerləşən, dünyanın ən hündür binası sayılan 124 mərtəbəli qüllənin pəncərəsindən mühafizə kəməri ilə atılıb.
Bundan sonra o, binanın fasadı ilə qaçmağa başlayıb. Mühafizə kəmərindən istifadə edilməsinə baxmayaraq, hətta “Hollivud” standartlarında da bu hündürlükdən atılmaq təhlükəli sayılır.
Tom Kruz isə deyib ki, tamaşaçıların filmə maraqla baxmasını istəyir: “Kamera birbaşa mənə istiqamətlənəndə, bu, mənim xoşuma gəlir. Mürəkkəb hərəkətləri yerinə yetirmək mənə böyük ləzzət verir”.
Qeyd edək ki, “Həyata keçirilməz missiya” filminin dördüncü hissəsi “Protokol: “Gözəgörünməz” adlanır. Filmdə Tom Kruzla birlikdə Ceremi Renner və Pola Patton da çəkiliblər.

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06