“Oskar”a namizəd “Sahə” filmi mətbuat işçilərinə nümayiş etdirildi
Lent.az-ın məlumatına görə, filmdə aktyor qismində çıxış edən V.İbarhimoğlu “Oskar” mükafatı uğrunda müsabiqədə filmin Azərbaycanı təmsil etmək üçün namizədliyinin irəli sürüləcəyinə sevindiyini deyib və uğurlar arzulayıb.
Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. “Nərimanfilm” Kinostudiyasında çəkilən “Sahə” bədii filmində (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın iştirakı ilə ərsəyə gətirilib. Filmdə baş rolları Zaza Beyaşvili (Gürcüstan), Melissa Parel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin rrodüseri Nəriman Məmmədovdur.
Qeyd edək ki, filmin ictimaiyyət üçün nümayişi sentyabrın 23-dən 29-a kimi hər gün saat 17:00-da “Azərbaycan” kinoteatrında baş tutacaq.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11