Ququş İstanbulda
İran musiqisinin canlı əfsanəsi, əslən azərbaycanlı olan Ququş Yaxın Şərq turnesi çərçivəsində İstanbulda konsert verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Konqres Mərkəzində minə qədər tamaşaçı önündə möhtəşəm konsert proqramı ilə çıxış edib. İranlılarla yanaşı, Türkiyə və digər ölkə vətəndaşlarının da böyük maraqla qarşıladığı konsertdə müğənni 30 il öncə ifa etdiyi mahnıları səsləndirib. Ququşun mahnıları tamaşaçılara duyğulu anlar yaşadıb. Seyrçilər mahnıları müğənnilə birgə ifa edib. Konsert boyunca ayaq üstə qalan tamaşaçılar Ququşun mahnılarını mobil telefonlarına yazıblar.
Mahnı arası fasilələrdə Ququş tamaşaçılarla söhbət edərək zarafatlaşıb, eləcə də mahnılarını İran üçün səsləndirdiyini vurğulayıb: “Yalnız İran üçün ifa edirəm. Ölkəmi çox sevirəm və çox darıxıram. Kaş, bütün iranlılar və sevənlərim burada olaydı, hətta bu konsert İranda baş tutaydı. Bura gələ bilməyən bütün pərəstişkarlarıma sevgilərimi göndərirəm.
İstanbul konsertində Ququşun türkcə ifa etdiyi mahnılar da tamaşaçıları heyran salıb. “Ayrılıq” mahnısının sonunda isə sənətçi göz yaşlarına hakim ola bilməyib.

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37