Rəşad Məcidin “10 sentyabr” kitabı təqdim olundu
Lent.az-ın məlumatına görə, “Dünya ədəbiyyatı” dərgisinin “DƏB” seriyasından 18-ci kitab olan “10 sentyabr”da müəllifin eyniadlı hekayəsinin orijinalla birlikdə türk, ingilis, rus, macar, ukrayna, rumın, polyak, litva, özbək və gürcü dillərinə tərcümə olunmuş 11 variantı toplanıb. “Mütərcim” nəşriyyatında çap olunan kitabın naşiri Əliş Mirzalı, dizayneri və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovadır.
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru və bu kitabın çap olunmasının təşəbbüskarı olan Səlim Babulaoğlu deyib ki, əsər üstqatında adi insanın gündəlik həyatından və problemlərindən bəhs edir, altqatıyla son illərin böyük terror hadisələrindən olan 11 sentyabr olaylarını nişan verir.
AYB-nin I katibi, xalq şairi Fikrət Qoca Rəşad Məcidin bu hekayəsinin 11 dilə tərcümə olunmasını yüksək qiymətləndirib və müəllifi yeni kitab münasibəti ilə təbrik edib.
Tədbirdə şair və tənqidçi Bəsti Əlibəyli, AYB-nin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və başqaları çıxış edib.
Rəşad Məcid isə öz növbəsində bu kitabın nəşrinin onun üçün sürpriz olduğunu deyib və bu təşəbbüsə görə Səlim Babaulaoğluna təşəkkür edib.
Qeyd edək ki, “Hələ ki vaxt var”, “10 sentyabr”, “Əlvida və salam” kitablarından sonra bu, Rəşad Məcidin sayca dördüncü kitabıdır.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11