“Rövşən” Ritm qrupundan “İnsanlara ərməğan”
Lent.az-ın məlumatına görə, xeyriyyə məqsədilə təşkil olunan konsertdə əvvəlcə balaca istedadlılar çıxış edib və dini mövzularda müxtəlif şeirlər söyləyiblər. Proqram dini və Azərbaycan xalq mahnılarının ifası ilə davam edib. Hər bir mahnı xüsusi hazırlanmış kompozisiya ilə təqdim olunub. Eyni zamanda konsert proqramında muğamlar səslənib, milli musiqimiz gənc xanəndə Babək Niftəliyevin ifasında səslənib.
Konsertin təşkilatçısı və rejissoru olan Samir Salam bu gün münasibəti ilə tədbir təşkil etməyin və çoxsaylı insanları sevindirməyin böyük savab olduğunu deyib: “Bu konserti keçirməklə o əhval-ruhiyyəni yaratmaq istədik ki, bu Ramazan bayramı bizim üçün çox önəmlidir. Bu gün dini tədbirlər deyəndə sırf din qabardılır, dünyəvi tədbirlər deyəndə dünya. Biz elə bir tədbir təşkil etmək istədik ki, burada dinin içində dünya olsun, dünyamızın içində də din”.
Konsert boyu bütün ifaçıları müşayiət edən “Rövşən” Ritm qrupunun rəhbəri Rövşən Cabbarov isə Azərbaycanda ilk dəfədir bu cür proqramın təşkil olunduğunu diqqətə çatdırıb. O bildirib ki, belə bir gözəl bayram günündə bu cür konsertin keçirilməsinə ehtiyac var.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11