Ailə üzvləri mərhum şairin şəxsi saytını açdılar
Bu barədə şairin nəvəsi Elçin Səfərli Lent.az-a məlumat verib. Onun sözlərinə görə, www.safarli.page.tl saytında İslam Səfərli haqqında demək olar ki, hər bütün məlumatlar yerləşdirilib. Saytın təşəbbüskarları da şairin ailəsidir. Burada İslam Səfərlinin şeirləri, sözlərinə yazılmış mahnılar, foto şəkilləri, dost və yaxınlarının xatirələri yerləşdirilib.
Qeyd edək ki, ədəbi yaradıcılığa Böyük Vətən müharibəsi illərində başlayan İslam Səfərlinin şeirlərinin əksəriyyəti də məhz bu dövr hadisələrindən bəhs edir. Dramaturq kimi də böyük uğur qazanan İslam Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı” kimi əsərləri müxtəlif vaxtlarda tamaşaya qoyularaq, tamaşaçı rəğbəti qazanıb. Şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışa”, “Qonaq gəl bizə”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilib.
Lalə Yusifqızı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27