Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası olacaq
Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.
Sentyabrın 13-ü və 14-də Fransanın Paris şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, bununla əlaqədar mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-17 sentyabr tarixində Parisdə səfərdə olacaq. İclasda forumla bağlı YUNESKO katibliyi, Fransa rəsmiləri ilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin YUNESKO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqların aparılması nəzərdə tutulur.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27