Nuşirəvan Məhərrəmli şou verişlərlə bağlı sərt təpki
21 aprel 2010 17:45 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli şou verişlərlə bağlı sərt təpki

0
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu ilin ilk rübündə telekanallarda şou xarakterli verilişlərin sayının yenə də artmaqda olduğunu bildirib. Lent.az-ın məlumatına görə, N.Məhərrəmli MTRŞ-in keçirdiyi “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-konfransda çıxış edərkən bildirib ki, MTRŞ-in keçən il apardığı monitorinqlər zamanı şou verilişlərinin sayında azalma müşahidə olunsa da, builki monitorinqlər fərqli nəticə ortaya qoyub. MTRŞ sədri qeyd edib ki, cəmiyyət şou proqramlarının səviyyəsindən, o verilişlərə dəvət olunan qonaqlardan, xüsusən aparıcılardan narazıdır. Məhz bu səbəbdən də artıq MTRŞ yeni bir kanalın mədəniyyət kanalının yaradılması barədə düşünür: “Əgər özəl telekanallar öz işlərinin öhdəsindən gəlsəydilər, biz bu gün mədəniyyət telekanalının yaradılması barədə düşünməzdik”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar