
Nazir müavini: “Bu qədər abidənin qısa zamanda pasportlaşması mümkün deyil”
Azərbaycan ərazisində sonralar tapılmış və kəşf edilmiş tarixi abidələrin yeni siyahıya alınması prosesi davam edir. İşlərin ilin sonunu kimi başa çatacağı planlaşdırılır. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib. Nazir müavini bildirib ki, Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq etdiyi sonuncu siyahıya 6543 tarixi abidə daxil edilib: “Bu abidələr dünya, yerli və ölkə əhəmiyyətli abidələr olaraq təsnifləşdirilib. Lakin iki il öncə ölkə başçısının tarixi abidələrlə bağlı imzaladığı sərəncama əsasən, sonradan tapılmış abidələr də daxil olmaqla bütün tarixi abidələrin yeni siyahısı tərtib olunmalıdır”.
O ki qaldı bu abidələrin pasportlaşmasına, Ədalət Vəliyev bu işin qısa zaman ərzində başa çatmasının mümkünsüz olduğunu deyib: “Birinci növbədə buna həddən artıq maliyyə, maddi tərəfindən böyük vəsait tələb olunur. İkinci tərəfdən isə xeyli zaman lazımdır. Amma bu istiqamətdə işlər davam edir”.
Xəyalə
O ki qaldı bu abidələrin pasportlaşmasına, Ədalət Vəliyev bu işin qısa zaman ərzində başa çatmasının mümkünsüz olduğunu deyib: “Birinci növbədə buna həddən artıq maliyyə, maddi tərəfindən böyük vəsait tələb olunur. İkinci tərəfdən isə xeyli zaman lazımdır. Amma bu istiqamətdə işlər davam edir”.
Xəyalə
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06