
Səkinə İsmayılova Almaniya səfərindən qayıdıb
Xalq mahnıları və muğamların tanınmış ifaçısı, xalq artisti Səkinə İsmayılova Almaniyadan səfərdən qayıdıb. Bu barədə Lent.az-a Səkinə İsmayılova özü bildirib. Xanəndə Berlində “Muğam gecəsi” adı altında 2 konsert proqramı ilə çıxış edib. Konsertlərdən biri Azərbaycanın Almaniyadakı səfirliyinin binasında, digəri isə məşhur konsert salonunda baş tutub. Hər iki konsert proqramında Səkinə İsmayılovanı tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurov müşayiət edib: “Konsertləri Azərbaycanın Almaniyadakı səfirliyi təşkil etmişdi və çox böyük uğurla keçdi. Səfirliyin binasındakı konsertdən öncə Almaniyadakı səfirimiz Pərviz Şahbazov çıxış etdi. Konsertə Almaniyanın tanınmış iş adamları, dövlət nümayəndələri, səfirliklərin işçiləri gəlmişdilər. Hər iki çıxış maraqla qarşılandı. Mənə də xoş təəssüratlar qaldı. Çünki hardasa 5-6 il idi ki, Almaniyaya getmirdim”.
Xanəndə onu da bildirdi ki, mayda ənənəvi olaraq Astarada keçirilən muğam müsabiqəsinin münsiflər heyətində bu il də təmsil olunacaq. Səkinə İsmayılova artıq 10 ildir müsabiqənin münsif kürsüsündə əyləşib.
Xəyalə
Xanəndə onu da bildirdi ki, mayda ənənəvi olaraq Astarada keçirilən muğam müsabiqəsinin münsiflər heyətində bu il də təmsil olunacaq. Səkinə İsmayılova artıq 10 ildir müsabiqənin münsif kürsüsündə əyləşib.
Xəyalə
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06