Gənc aktyorlar region teatrlarında işləmək istəmir
Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin sonuncu kurs tələbələrinin region teatrlarında işləmək istəməməsinin səbəbləri araşdırılıb. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin (RİHMM) nümayəndələri bu məqsədlə tələbələrlə görüş keçirib.
Tədris teatrında təşkil olunan görüşdə tələbələrin problemlə bağlı fikirləri və təklifləri öyrənilib.
RİHMM-nin sədri Xalid Kazımovun Lent.az-a verdiyi məlumata görə, hazırda diplom tamaşasının məşqlərini davam etdirən tələbələr arasında istedadlı gənclər çoxdur: “Amma onların heç biri universiteti bitirdikdən sonra regionlara getmək istəmir. Tələbələr bunu region teatrlarında karyera qurmaq imkanlarının olmaması ilə izah ediblər. Tələbələr bildirir ki, əsas səbəblərdən biri gənc aktyorlara verilən məvaciblə yaşamağın qeyri-mümkün olmasıdır. Həm də nəzərə alınmalıdır ki, gənclər öz həyatlarını qurmalıdır. Qalmağa adi yaşayış yeri olmayan gənc aktyor 80-100 manat əməkhaqqı ilə necə yaşaya bilər? Region teatrlarında çalışan aktyorların əksəriyyətinin imkansızlıqdan toylarda kloun, bayram tədbirlərində kosa, keçəl rolu oynadıqlarını bildirən gənclər bu aqibəti yaşamaq istəmirlər”.
X.Kazımov bildirib ki, gənclər paytaxtda qalmaq arzularını burada teatrda işləməsələr də, başqa iş tapmağın mümkünlüyü ilə izah ediblər: “Tələbələr bildirir ki, Bakıda televiziya, radioda işləmək imkanları var. Həmçinin, istedadlı gənclər karyera qura bilərlər. Region teatrlarında bu imkanın olmaması ilə yanaşı, teatrda işləyən yaşlı aktyorlar da öz yerlərini cavanlara verməyə hələ hazır deyillər. Gənc aktyorlar ac qalaraq tetar fədaisi olmaq zamanının bitdiyi qənaətindədir”.
Qeyd edək ki, RİHMM Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə “Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrların vəziyyəti öyrənilib. Gələn həftə isə paytaxtda aparılan monitorinqlərin nəticəsinə həsr olunan ictimai müzakirələr keçiriləcək. Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Lalə Yusifqızı

Oxşar yazılar

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34