Bülənt Ərsoy İlhamə Quliyevaya məktub göndərib
İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzinin açılışı oldu
Aprelin 4-də İstanbuldakı otellərin birində İlhamə Quliyeva adına Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. Bu barədə Lent.az-a məlumat verən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bildirib ki, açılış mərasimində mərkəzin direktoru Sərxan Kərəmoğlu çıxış etdikdən sonra hər iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran açılış lentini kəsib. Tədbirdə iştirak edən Türkiyə və Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimləri, bir sıra iş adamları və incəsənət xadimləri İlhamə Quliyevanı mərkəzin açılışı münasibəti ilə təbrik ediblər, ən xoş arzularını çatdırıblar. Türkiyənin TMB kanalının rəhbəri Naim Burak Elçi çıxış edərək bildirib ki, mərkəz tez bir zamanda öz sözünü deyəcək, Türkiyə və Azərbaycanda nüfuzlu mədəniyyət ocağı kimi öz yerini tapacaq.
Tədbirdə mərkəzin ayrıca binasının olması təklifi irəli sürülüb. Konsertdə olduğu üçün açılışda iştirak edə bilməyən müğənni Bülənt Ərsoyun nümayəndəsi təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, məktubunda mərkəzdə İlhamə xanımla ortaq konsert verməyi arzuladığını yazıb.
Mərasim İlhamə Quliyevanın çıxışı ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda İstanbulda səfərdə olan İlhamə Quliyeva Türkiyənin bir sıra kanallarına dəvət alıb, nüfuzlu verilişlərin qonağı olacaq.
Leyla

Oxşar yazılar

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34