İlhamə Quliyevanın arzusu gerçəkləşir
Azərbaycanın xalq artisti İlhamə Quliyeva sabah Türkiyəyə işgüzar səfərə gedir. Müğənninin səfəri barədə Lent.az-a məlumat verən mətbuat katibi Faiq Ələkbərli deyib ki, fevralın sonunda açılışı gözlənilən İlhamə Quliyeva adına Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin açılışı aprel ayında baş tutacaq.
“Mərkəz dövlət qeydiyyatından keçib və artıq fəaliyyətə hazırdır”, - deyə, mətbuat katibi bildirib.
Açılışda bir sıra tanınmış adamların iştirakı gözlənilir. Açılış mərasimini Türkiyənin bir çox telekanalları işıqlandıracaq. Dövlət telekanalı olan TRT isə tədbiri canlı yayımlayacaq. Eyni zamanda, Azərbaycandakı telekanallar da həmin tədbiri işıqlandıracaq.
Qeyd edək ki, mədəniyyət mərkəzinin açılmasına Azərbaycan diasporu dəstək göstərib.
Leyla

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06