Fidan Hacıyevanın solo konsertində səfirlər iştirak edib
Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva solo konsert proqramı ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, “Fidan və dostları” adı altında gerçəkləşən konsertdə vokalçı Böyük Britaniya modelyerinə sifariş etdiyi qırmızı rəngli klassik obrazda hazırlanmış geyimdə səhnəyə çıxıb. Konsertinə ona uğur gətirən “Karmen” operasından ariyanın ifası ilə start verən əməkdar artist, daha sonra “Samson Dalila”, “Arşın mal alan”, “Sevil” operalarından da kompozisiyalar səsləndirib. Konsertin adından da məlum olduğu kimi, proqramda Fidan Hacıyeva səhnəni dostları ilə bölüşüb. Konsert proqramında F.Hacıyeva professor Hüseyn Əliyevin sinfində dərs alan Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclərlə duetlər ifa edib.
Konsertdə Fidan Hacıyevanın ifasında ilk dəfə olaraq “Sevgi” kompozisiyası səslənib. Konsertdə vokalçıların çıxışları Akademik Opera və Balet Teatr Orkestrinin müşayiəti ilə baş tutub. Orkestri dirijor Cavanşir Cəfərov idarə edib.
Anşlaqla baş tutan konsertdə Azərbaycanın dövlət rəsmiləri də iştirak ediblər. Çoxsaylı qonaqlar sırasında təhsil naziri Misir Mərdanov, Türkiyənin, Almaniyanın, Böyük Britaniyanın ölkəmizdəki səfirləri və digər rəsmilər olub. Fidan Hacıyevanın hər ifası sürəkli alqışlarla müşayiət olunub və tamaşaçıların hər biri konserti sonadək izləyib. İki saatdan artıq davam edən konsert proqramının aparıcılığını Saleh Bağırov edib. Konsertdən sonra Fidan Hacıyeva yerli media mənsublarına konsertinin yüksək səviyyədə keçməsindən məmnunluğunu dilə gətirib. Vokalçı onun sənətinə verilən dəyərə görə hər bir tamaşaçıya minnətdarlığını bildirib.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyi və Vesti.az xəbər portalına məxsusdur.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06