
İçərişəhərdə yeni maddi mədəniyyət nümunələri aşkarlanıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin tamamilə dəyişdirilməsi işləri həyata keçirilir. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilib. Belə ki, Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxıb, həmçinin orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji material içərisində saxsı qab qırıntıları və əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar çoxluq təşkil edir. “Tarix və mədəniyyət abidələrin qorunması haqqında” Qanununa müvafiq olaraq, tapıntılar aşkar olunduğu yerlərdə işlər dayandırılıb və Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloqlar tərəfindən əraziyə baxış keçirilib.
Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçəri Şəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.
Xəyalə Muradlı
Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçəri Şəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.
Xəyalə Muradlı
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06