“Azərbaycan arxeologiyası (Daş dövrü)” kitabının I cildi nəşr olundu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən “Azərbaycan arxeologiyası (Daş dövrü)” kitabının I cildi “CBS-PP” MMC mətbəəsində çap olunub. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Kitabın I cildi Azərbaycan ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Respublika ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilib.
Kitabın ikinci cildi Azərbaycan ərazisində qeydə alınmış Eneolit dövrü abidələrinin elmi tədqiqinə, üçüncü cildi respublikamızın ərazisində aparılmış tədqiqatlar zamanı aşkar olunmuş Tunc və ilk dəmir dövrünə aid maddi-mədəniyyət qalıqlarının tədqiqinə, dördüncü cild Azərbaycanın qədim dövlətləri olan Qafqaz Albaniyası və Atropatenanın e.ə. IV və eramızın III əsrlərinə aid arxeoloji abidələrinin elmi tədqiqinə, beşinci cild ilk orta əsr arxeoloji abidələrin elmi şərhinə, altıncı cild isə IX-XVII əsrlərin arxeoloji abidələrinin elmi tədqiqinə həsr olunub.
Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleogeoloqlar, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın baş redaktoru tarix elmləri doktoru Maisə Rəhimovadır.
Pərvin ABBASOV

Oxşar yazılar

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34