Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd edilib
28 noyabr 2012 11:50 (UTC +04:00)

Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Lent.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir teatrın foyesində Axundzadə haqqında yazılan ədəbiyyat, dramaturqun əsərlərindən hazırlanan tamaşaların səhnələrinin əks olunduğu fotolarla tanışlığı ilə başlayıb. Daha sonra çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev dramaturqun həyat və yaradıcılığı haqqında danışıb. Azərbaycan xalqının ictimai fikrinin formalaşmasında ciddi dəyişiklik etdiyini vurğulayan Elçin Əfəndiyev bildirib ki, ədib öz qəhrəmanlarını bilavasitə həyatdan götürüb.

Bildirilib ki, prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilib. Görkəmli ədibin yubileyi çərçivəsində keçirilən bu tədbirlər ölkəmizdə böyük mədəniyyət bayramına çevrilib. E.Əfəndiyev 2012-ci ilin TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan olunduğunu, bütün türk dünyasında onun xatirəsinin ehtiramla yad edildiyini, müxtəlif ölkələrin teatrlarında əsərlərinin oynanıldığını bildirib. Elçin Əfəndiyev həmçinin onu da qeyd edib ki, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsi qoyulub.

Tədbirin bədii hissəsində M.F.Axundzadənin qəhrəmanlarının və dramaturqun özünün obrazının əks olunduğu ədəbi kompozisiya təqdim edilib. Axundzadənin obrazını xalq artisti Nurəddin Mehdixanlı canlandırıb.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51