Yaşar Nurinin həyat yoldaşı: “...Hədər getdi” – FOTO
Lent.az-ın məlumatına görə, bunu bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
Onun sözlərinə görə, xalq artisti 10 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilibmiş: “Axırıncı dəfə mən Türkiyəyə gedəndə gördüm onun halı heç yaxşı deyil. Qorxdum ki, nəsə olar. Öz vətəninə gətirilməsini istədim. Xəstəxananın həkimi ilə birlikdə Bakıya gətirdik. 10 gün özünü yaxşı hiss etdi. Sonra isə komaya düşdü. Həkim çağırdıq. Yenidən Gömrük Xəstəxanasına yerləşdirdik. Hardasa 10 gün olardı ki, Gömrük xəstəxanasında idi. Bir neçə gündən sonra bir də gördüm mobil telefonuma zəng gəldi. Yaşar idi. Dedi: “Necəsən? Uşaqlar necədi? Teatrdan məni soruşan olurmu?” Bu 3 sual onun mənə ən çox verdiyi suallar idi. Mən də dedim, ay Yaşar, o dünyadanmı zəng edirsən? Beləcə, zarafatlaşdıq. Sonra isə halı yenidən pisləşib. Səhərə yaxın isə elə yuxuda olarkən dünyasını dəyişib. Yaşarsız çox ağırdır mənə. Sənətkarı itirmək insanı çox incidir. Heyf, bütün əziyyətlər hədər getdi. Amma o, həyatda hər şeyin ən gözəlini dadmışdı. Ən yaxşı mükafatları almışdı. Hamının sevimlisi idi. Gözəl ailə sahibi idi”.
Qeyd edək ki, xalq artisti bu gen səhər saatlarında Mərkəzi Gömrük Xəstəxanasında dünyasını dəyişib.
Yaşar Nuri ilə vida mərasimi bu gün saat 13.00-da Akademik Milli Dram Teatrında başlayacaq. Saat 14.00-da isə mərhumla vida yürüşünə başlanılacaq. Xalq artisti saat 15.00-da dəfn olunacaq.
Jalə Məmmədli

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06