Gürcüstan Milli Kitabxanası ilə anlaşma
19 oktyabr 2012 01:45 (UTC +04:00)

Gürcüstan Milli Kitabxanası ilə anlaşma

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Tiflisə səfəri çərçivəsində Gürcüstan Parlamenti Milli Kitabxanasında görüş keçiriblər.

Lent.az-ın məlumatına görə, Gürcüstan Milli Kitabxanasının rəhbərliyi bu yaxınlarda Nizami Gəncəvinin 870 illiyi ilə baclı Gəncədə keçirilən Beynəlxalq tədbirlərdə iştirak etdiklərindən məmnun olduqlarını və Nizami Gəncəvi irsinin qorunması, bərpası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Gəncə şəhər İcra Hakimiyyəti ilə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində yaxın zamanlarda Gürcüstan Milli Kitabxanasında Nizami Gəncəvinin əlyazmalarından ibarət sərginin keçirilməsi razılığı alınıb.

Bununla yanaşı hər iki qurum qarşılıqlı əhəmiyyət kəsb edən layihələrdə birgə iştirak etmək üzərində müzakirələr aparıblar.

Qeyd edək ki, nümayəndə heyətinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının üzvü xanım Vaira Vike-Freiberga başçılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar