Xalq artisti və 11 yaşlı vokalistin uğuru -
Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokal və skripka ifaçısı Əli Muradov yeni layihəyə hazırlayıblar. Xalq artistinin Lent.az-a verdiyi məlumata görə, musiqiçilər bəstəkar Rauf Hacıyevin bəstələdiyi “Əziz şəhər” mahnısına klip çəkdiriblər. Bakıya həsr olunan klipdə paytaxtın göz oxşayan mənzərələri, müasirliyi və romantik gecələri təsvir olunub.
Hər iki ifaçının çəkildiyi klipin rejissoru Rəhman Əliyev, operatoru Delee, montajçısı Səid, aranjeman edəni Əvəz Muradovdur.
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.
Jalə

Oxşar yazılar

Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40
Qorxu, həyəcan, dram - sizi həyəcanlandıracaq 5 film -VİDEO
24 iyun 2025 , 15:10