Zürafələrin boyunları niyə uzundur?
07 iyun 2024 10:16 (UTC +04:00)

Zürafələrin boyunları niyə uzundur?

Alimlər zürafələrin niyə uzun boyunlu olması ilə bağlı yeni nəzəriyyə hazırlayıblar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ-ın Penn State Universitetində aparılan bir araşdırmanın nəticəsi olaraq zürafələrin boyunlarının yemək tapmaq ehtiyaclarına uyğun olaraq uzun olduğu ifadə edilib.

Tədqiqatçılar hamiləlik və süd ifrazı kimi proseslərə görə dişi zürafələrin qida ehtiyaclarının erkək zürafələrdən daha çox olduğunu bildiriblər. Elm adamları dişilərin bu ehtiyacı ödəmək üçün böyük ağacların dərinliklərində, hətta çətin əldə edilən yüksəklikdəki yarpaqlara belə çatmasının lazım olduğuna diqqət çəkiblər.

Çarlz Darvin və Jan Batist Lamark öz klassik təkamül nəzəriyyələrində zürafələrin uzun boyunlarının digər ot yeyənlərlə rəqabətdən qaçaraq ağaclarda hündür yarpaqlara çatmalarını təmin etmək üçün təkamül etdiyini yazırdılar. 

Tədqiqatın baş müəllifi Dog Cavener, müəyyən edən faktorun hündürlükdən çox dərinliyin olduğuna diqqət çəkərək, "Dişi zürafələr ümumiyyətlə ən yüksək budaqlardakı yarpaqlara deyil, ağacların dərinliklərindəki yarpaqlara uzanırlar" deyib. Alim sözünü belə davam edib:

“Zürafələr yalnız bir neçə ağac növünün yarpaqlarını yeyirlər və uzun boyunları başqa heç kimin ala bilmədiyi yarpaqları əldə etmək üçün ağacların dərinliklərinə çatmağa imkan verir. Dişilər 4 və ya 5 yaşına çatdıqda, bala verirlər. Buna görə də, dişilərin artan qida tələblərinin zürafələrin uzun boyunlarının təkamülünü şərtləndirdiyini düşünürük.

Bundan əlavə, erkək zürafələr bir-birləri üzərində hökmranlıq yaratmaq üçün boyun döyüşünə çıxırlar. Bu onların boynunu gücləndirir. Boyunları uzun olan erkəklər rəqabətdə daha müvəffəqiyyətli olur, beləliklə də genlərini çoxaldaraq nəsillərinə ötürürdülər. Erkək zürafələr dişilərdən daha hündür olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar