Yeni növ dinozavr tapıldı
06 dekabr 2022 04:19 (UTC +04:00)

Yeni növ dinozavr tapıldı

Argentinalı paleontoloqlar 70 milyon il əvvəl yaşamış yeni növ kiçik dinozavrın qalıqlarını aşkar ediblər.

Lent.az xəbər verir ki, bu barədə Elmi Tədqiqatlar üzrə Milli Şura CONİCET məlumat verib.

Bildirilib ki, dinozavr Pataqoniya ərazisində Tabaşir dövründə - 70 milyon il əvvəl yaşayıb. Yeni dinozavr tapıldığı ərazinin şərəfinə Patagopelta cristata  adlandırılıb. O, digər dinozavrlarla müqayisədə çox kiçik – cəmi 3 metr uzunluqda olub. 
 

# 2037
avatar

Oxşar yazılar