XXI əsrdə dünyada ən çox meşə sahəsi yaradan ölkələr - SİYAHI
24 aprel 2024 21:52 (UTC +04:00)

XXI əsrdə dünyada ən çox meşə sahəsi yaradan ölkələr - SİYAHI

Hər kəsə məlumdur ki, dünyanın qlobal ekoloji təhlükəsizliyi üçün meşələr əvəzsiz rol oynayır. Buna görə bir çox ölkələrdə meşə sahələrinin artması, genişmiqyaslı ağac əkilməsi üçün kampaniyalar, dövlət proqramları həyata keçirilir.

Bütün səylərə baxmayaraq, son 23 ildə dünyada yaşıllıqların sayı 2% yaxud 958 min hektar azalıb. Bu ilk növbədə Braziliyanın Amazon (Braziliya) və Konqo (Konqo, Anqola) çayları hövzəsindəki geniş meşə sahələrinin qırılması ilə bağlıdır.

Bununla belə meşə sahələrinin salınmasında aktiv olan ölkələr də az deyil. 

Lent.az dünyada 2000-ci ildən bəri ən çox meşə sahəsi salan ölkələrin siyahısını təqdim edir:

Çin (425 min hektar)
ABŞ (57 min hektar)
Rusiya (55 min hektar)
Hindistan (46 min hektar)
Vyetnam (28 min hektar)
Çili (24 min hektar)
Avstraliya (24 min hektar)
Türkiyə (21 min hektar)
Fransa (19 min hektar)
İspaniya (13 min hektar)
İran (12 min hektar)
İtaliya (11 min hektar)

Geridə qalan dünya ölkələri birlikdə 96 min hektar yeni meşə sahəsi salıb. Faiz göstəricilərinə baxdıqda, ən çox meşə sahəsi artımı Uruqvay (46%), Kuba (30%), Özbəkistan (24%) və Vyetnam (23%) payına düşür. 

# 2628
avatar

Vüqar İsmayılov

Oxşar yazılar