Təyyarə  itlərə görə   hava limanına enə bilmədi
14 noyabr 2023 18:23 (UTC +04:00)

Təyyarə itlərə görə hava limanına enə bilmədi

Banqalordan Qoaya uçan Hindistanın “Vistara” aviaşirkətinin təyyarəsi eniş zolağındakı sahibsiz itlərə görə Dabolim beynəlxalq hava limanına enə bilməyib.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, nəzarətçi uçuş zolağında olan heyvanı görüb və bu barədə ekipaj komandirinə məlumat verib. Pilotdan "bir müddət gözləmək" istənib, lakin o hava limanına qayıtmaq qərarına gəlib.

Hava limanının xidmətləri sahibsiz itlərin uçuş-enmə zolağına niyə çıxdığını araşdırır. Qoadakı Dabolim hava limanı Hindistan Hərbi Dəniz Qüvvələrinin Hansa Hava Stansiyasının bir hissəsidir.
 

# 5790
avatar

Oxşar yazılar