Pişik iki ağzı və bir başı olan dörd gözlü bala doğdu
03 sentyabr 2021 19:28 (UTC +04:00)

Pişik iki ağzı və bir başı olan dörd gözlü bala doğdu

Tailandın Samutprakan əyalətində dördgözlü pişik balası doğulub.

Lent.az-ın xarici mediaya istinadla verdiyti xəbərə görə, avqustun 27-də Amerika cinsindən olan qısatüklü pişik beş bala dünyaya gətirib.

Namçok adlandırılan qeyri -adi pişik balası son olaraq dünyaya gəlib. Onun bir başı, 4 gözü, iki burnu və iki ağzı var.
 
Pişiyin sahibi iddia edir ki, qəribə xarici görünüşünə baxmayaraq, Namçok sağlamdır və özünü digər balalar kimi aparır.

“Hər şeyi edəcəm ki, bu pişik balası sağ qalsın”, - sahibi vurğulayır.

O, əmindir ki, bu xüsusi heyvandır və onun pişiyinin belə bala doğması bəxtinin gətirməyindəndir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487

Oxşar yazılar