Niyə qadınlar   daha çox depressiyaya düşür? - AÇIQLAMA
29 dekabr 2022 19:47 (UTC +04:00)

Niyə qadınlar daha çox depressiyaya düşür? - AÇIQLAMA

0

Elm adamları qadınların kişilərdən 2 dəfə çox depressiyadan əziyyət çəkdiklərini bildiriblər.

Lent.az “Science Advances” portalına istinadən xəbər verir ki, buna səbəb onların genetikalarıdır.

Tədqiqatçılar yeni vəfat etmiş kişi və qadın RNT-lərini müqayisə ediblər. Onlardan qan nümunələri də götürülüb. Müqayisə zamanı emosionallıq səviyyəsinin qadınlarda daha çox olduğu üzə çıxıb. Təcrübə nəticəsində qadın hormonlarının kişilər ilə nisbətdə daha tez dəyişkən olduğu da ortaya çıxıb. 

Bununla yanaşı, RNT-lərin cinsdən və hüceyrə tipindən asılı olaraq əhval-ruhiyyənin əsas tənzimləyicisi olduğu iddia olunub. İddianı təsdiqləmək üçün hər iki cinsdən olan siçanlara “Fedora” tətbiq ediblər. Nəticədə dişi siçanlarda narahatlıq və depressiya əlamətlərinin daha çox olduğu aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6185

Oxşar yazılar