Möhtəşəm foto üçün  ilan tutdu:   Başına görün nə gəldi
08 iyun 2023 00:55 (UTC +04:00)

Möhtəşəm foto üçün ilan tutdu: Başına görün nə gəldi

ABŞ-ın Virciniya ştatından olan 15 yaşlı qız möhtəşəm foto üçün zəhərli ilan götürüb və bu onun sağlamlığına ciddi təhlükə  yaradıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeniyetmənin anası Eşli Speyn hadisə barədə sosial şəbəkədə danışıb. Onun sözlərinə görə, qız çimərlik yaxınlığında dostları ilə gəzərkən ilanı görüb. Qız bunun zəhərli olmayan qarter ilan olduğunu düşünüb, şəkil çəkdirmək üçün onu tutub. Ancaq məlum olub ki, o, gürzə ailəsindən olan zəhərli ilan olan mis başlı ağızlını götürüb.

Dostlar yeniyetmənin şəklini çəkdikdən dərhal sonra ilan onun biləyindən sancıb. Qızın əli şişməyə başlayıb. Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb, həkimlər ona zəhər əleyhinə iynə vurublar. Vaxtında həkimə müraciət etmək yeniyetmənin həyatını xilas edib. Bir müddət sonra qız xəstəxanadan buraxılıb və o, hələ də qolundakı ağrılardan şikayətlənsə də, onun həyatına heç bir təhlükə yoxdur. 

Speyn sosial şəbəkədə yazıb: "Lütfən, uşaqlarınızın təbiətin gözəl olduğunu, lakin çox təhlükəli ola biləcəyini bildiyinə əmin olun".

# 4296
avatar

Oxşar yazılar

Bu adaya yalnız  çılpaq kişilər   gedib  namaz qıla   bilərlər

Bu adaya yalnız çılpaq kişilər gedib namaz qıla bilərlər

21 sentyabr 2023 , 19:11
Buzlu şaftalı ağacı  MEYVƏ VERDİ

Buzlu şaftalı ağacı MEYVƏ VERDİ

21 sentyabr 2023 , 17:59
Qadın krosvorda görə ailəsindən üz döndərdi

Qadın krosvorda görə ailəsindən üz döndərdi

21 sentyabr 2023 , 03:05
Dondurma  tülpan

Dondurma tülpan

20 sentyabr 2023 , 22:35
11 il  yatmayan qadın   yuxusuzluğun səbəblərini açıqladı

11 il yatmayan qadın yuxusuzluğun səbəblərini açıqladı

20 sentyabr 2023 , 15:53
Üç kenqurunun məzəli döyüşü -  VİDEO

Üç kenqurunun məzəli döyüşü - VİDEO

20 sentyabr 2023 , 14:47
 Yer kürəsində həyatın   necə yarandığı AÇIQLANDI

Yer kürəsində həyatın necə yarandığı AÇIQLANDI

20 sentyabr 2023 , 14:14
Arxeoloqlar qədim soyuducu  TAPDILAR

Arxeoloqlar qədim soyuducu TAPDILAR

20 sentyabr 2023 , 09:55