Meyiti  yandırılmağa aparılan   qadın  maşında dirildii
23 fevral 2024 19:42 (UTC +04:00)

Meyiti yandırılmağa aparılan qadın maşında dirildii

Hindistanda ölən bir qadın yandırılmağa aparılan zaman qəflətən özünə gəlib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, fevralın 1-də evində baş verən yanğın nəticəsində Berhampurlu 52 yaşlı Buji Aamma aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Evə qayıtdıqdan sonra onun vəziyyəti ağırlaşıb. Bir neçə gündən sonra heç bir həyat əlaməti göstərməyib.

Onun öldüyünə əmin olan əri Sibaram Palo cəsədin yandırılması üçün daşınmasını təşkil edib. 

"Biz onun öldüyünə inandıq və yerli sakinlərə cəsədi kremasiya sahəsinə aparmaq üçün cənazə maşını təşkil etmələri barədə xəbərdar etdik", - qadının yoldaşı bildirib. 

Lakin tezliklə qadınlardan biri Aammanın gözlərini açdığını görüb:

"Əvvəlcə qorxduq, çünki oxşar hekayələri eşitsək də, ilk dəfədir ki, belə bir şey görürdük". 

Kremasiyaya gəldikdən yarım saat sonra cənazə maşınının sürücüsü Aammanı qaytarmaq üçün yenidən çağrılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4731
avatar

Sevinc Fərid

Oxşar yazılar