Koronavirusa qarşı  7 peyvənd   vurdurdu
25 avqust 2021 18:58 (UTC +04:00)

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib.

Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğunu və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini söyləyib.

Kolumbiyalı Sinovac, AstraZeneca, Pfizer və Janssen də daxil olmaqla müxtəlif şirkətlərin dərmanları ilə peyvənd edilib. Heç bir təhlükəli yan təsiri olmayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4653
avatar

Oxşar yazılar