II Yelizaveta cip sürdü, ölümünü gecikdirdi  - Keçmiş baş nazirin XATİRƏLƏRİ
05 noyabr 2024 15:00 (UTC +04:00)

II Yelizaveta cip sürdü, ölümünü gecikdirdi - Keçmiş baş nazirin XATİRƏLƏRİ

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson memuar yazıb. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, “Unleashed” ("Zəncirləri qırmıç") adlı kitab oktyabrın 10-da satışa çıxarılıb. Bundan əvvəl kitabdan bir neçə fraqment dərc olunub. 

Kitab Consonun kraliça II Yelizaveta ilə görüşlərinə həsr olunub. O, kraliçanı ən son görən insanlardan biridir.

Conson yazır ki, o, kraliça ilə ilk dəfə 2019-cu ildə tanış olub. Bu, onun baş nazir təyin olunmasından az sonra baş verib. Conson boşandıqdan sonra sevgilisi olan xanımla saraya gedib.

Mətbuat, kraliçanın heç evli olmadığı bir qadınla bir siyasətçinin yanına gələndə nə düşünəcəyini ciddi şəkildə müzakirə edib. Onlara eyni yataq otağında yatmağa icazə veriləcəkmi?

"Hər kəsin təxmin edə biləcəyi kimi, kraliça bunların heç birinə əhəmiyyət vermədi", - Conson bildirib.

Consonun sözlərinə görə, səfər son dərəcə sürreal olub. O zaman 93 yaşı olan kraliça şəxsən baş naziri  “Cip” sürərək Şotlandiya çöllərində gəzdirib.
O avtomobili tam sürətlə idarə edirmiş.

Sonra kraliçanın əri şahzadə Filip haradansa özünün hazırladığı  polad manqalda kabab bişirib. 

Conson II Yelizavetanın ölümünün əsl səbəbinin qocalıq deyil, xərçəng olduğunu iddia edib.

Üç ildən sonra onlar sonuncu dəfə görüşüblər. Conson 2022-ci ilin iyulunda istefa verib, lakin onun əvəzdicisi sentyabr ayına qədər tapılmayıb. 2022-ci il sentyabrın 6-da II Yelizaveta istefasını qəbul edib - və yenidən Balmoralda Consonla görüş baş tutub.

“Mən onun sümük xərçəngi olduğunu və hər an halının pisləşə biləcəyini bilirdim. O, solğun və daha əyilmiş görünürdü və qollarında və biləklərində tünd qançırlar var idi, ehtimal ki, inyeksiya izi idi. Söhbət etdiyimiz zaman o, hərdən gülümsəyirdi”, - keçmiş baş nazir  yazıb.

Consonun açıqlamaları kraliçanın qocalıqdan öldüyünə dair rəsmi versiyaya ziddir. Onun sözlərinə görə, kraliça miyeloma xəstəliyinin nadir forması - sümük iliyi xərçəngi olub. 

“Kraliça son vəzifəsini yerinə yetirmək üçün iki ay ölməkdən imtina etdi. Onun səhhəti sürətlə pisləşirdi, lakin Consonun istefasından sonra hakimiyyətin ötürülməsinə nəzarət etmədən ölə bilməyəcəyinə inanırdı.

Baş nazir postuna yeni namizədlərin axtarışı uzandı, ona görə də kraliça tam iki ay gözləməli oldu. O, bütün yayı öləcəyini bilirdi, lakin o, son vəzifəsini yerinə yetirmək üçün dayanmağa qərarlı idi: hakimiyyətin dinc və nizamlı şəkildə bir hökumətdən digərinə ötürülməsini təmin etmək onun arzusu idi. 2022-ci il sentyabrın 5-də Liz Trussın Böyük Britaniyanın yeni baş naziri olacağı məlum oldu. Bir gün sonra II Yelizaveta sonuncu dəfə Consonla görüşdü və Trussı baş nazir təyin etdi. Və iki gün sonra Bukinhem sarayı kraliçanın ölümünü elan etdi”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar