Hindistanda baş tutan toylardan birində maraqlı hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Karnataka şəhərində Aşok və Naveen qardaşları üçün ortaq toy mərasimi qurulub. Qardaşlardan biri Aşok evlənəcəyi xanım ilə üzük taxdığı zaman, qardaşı Naveen toydan gizli şəkildə qaçıb. Qaçan bəy nə qədər axtarılsa da, tapılmayıb. Sonradan bəyin sevgilisinin olduğu bəlli olub.
Toyda bəyin qaçdığını görən ailə isə qızları Sindhu ilə evlənmək istəyənin olub-olmaması barədə dəvətlilərə müraciət edib. Toya gələnlərdən biri Chappa Sindhu ilə evlənmək istəyini bildirib və onlar evləniblər.