Britaniyada 28 yaşlı müəllimə gözlənilmədən işdən çıxıb.
Lent.az-ın xəbərinə görə, o, bir neçə gün sonra işdən anidən çıxmasının səbəbini açıqlayıb.
Yerli mətbuata müsahibəsində gənc qadın bildirib ki, bundan sonra onun işi bir milyonçunun “ev dostu” olmaqdır.
Qadının dediyinə görə, onun vəzifəsi səhər kofe hazırlamaq, vanna otağını sahmana salmaq və evi isti saxlamaqdır. əlavə olaraq o, milyonçu ev sahibinə xörək hazırlayır və pedaqoji fəaliyyətə qayıtmaq niyyəti yoxdur.
Gənc qadın boş vaxtlarını idman və bədəninə qulluq etməklə keçirir.