Ender Sarac təcavüz   iddialarından sonra ilk dəfə DANIŞDI – “Qusmaq istədim”
06 sentyabr 2024 21:09 (UTC +04:00)

Ender Sarac təcavüz iddialarından sonra ilk dəfə DANIŞDI – “Qusmaq istədim”

"Nə hiss etdin?" proqramın bu həftəki qonağı oğluna təcavüz etməsi iddiası ilə gündəmə gələn dietoloq doktor Ender Saraç olub.

 Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir müddət öncə öz azyaşlı oğluna cinsi təcavüz etməsi ittihamı ilə qarşılaşan tanınmış dietoloq bunu arvadının təşkil etdiyi iddia adlandırıb.

"Belə bir ittiham mənə ən yaxın adamdan gəldi. Bu iddialar ortaya çıxdıqdan sonra ilk 24 saat ərzində sadəcə qusmaq istədim. Özümə deyil, uşağıma yazığım gəldi.

Bir qadının ərini və ya sevgilisini zorlama və ya şiddətdə ittiham etməsi indi çox asandır. Əslində kişinin sözünün əhəmiyyəti yoxdur, qadın 'uşağa sataşırdı' dedikdən sonra kişi dərhal həbs olunur. O adamı həbsxanaday zorlayırlar, ya da öldürürlər”, - o bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar