Eksperiment, yoxsa işgəncə?  – Məhbuslar üzərində “Elmi” təcrübələr
01 fevral 2021 21:18 (UTC +04:00)

Eksperiment, yoxsa işgəncə? – Məhbuslar üzərində “Elmi” təcrübələr

İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası öz həbs düşərgələrində bir çox tibbi eksperiment aparmışdır. Bu eksperimentlər əsasən yəhudilər, polyaklar, ələ keçirilmiş sovet əsgərləri və qaraçılar üzərində edilirdi. Nasist həkimlər məhbusları bu eksperimentləri etməyə məcbur etmiş və bunun nəticəsində “könüllü” məhbuslar işgəncə ilə vəfat etmiş, ömürlük əlil olmuş və ya müxtəlif travmalar almışdılar.

Lent.az bu eksperimentlərdən bəzilərini təqdim edir: 

  1. Sulfanilamid eksperimenti

1942-ci ilin iyulundan 1943-cü ilin sentyabrına qədər Ravensbrück qadın həbs düşərgəsindəki qadınların bədəninə müharibə yaralarına bənzər yaralar əmələ gətirmək üçün qanqren və tetanoz əmələ gətirə bilən bakteriyalar injeksiya olunur. Eksperimentin məqsədi isə müharibə yaralarında müalicə üçün sülfanilamid və ona bənzər dərmanların rolunu öyrənmək olmuşdur.

  1. İmmunizasiya eksperimenti

Bir neçə alman həbs düşərgəsində, alman alimlər  yoluxucu xəstəliklərin, o cümlədən, tif, vərəm, sarı atəş və hepatitlərin qarşısının alınması və müalicəsi üçün immunizasiya birləşmələrini və serumlarını məhbusların üzərində sınaqdan keçirirdilər.

  1. İprit qazı eksperimenti

1939-cu ilin sentyabr ayından, 1945-ci ilin aprel ayına qədər Zaksenhauzen və Natzveiler həbs düşərgələrindəki insanlara iprit qazı və başqa dəridə yara əmələgətirən qazlar verilərək, kimyəvi yanıq süni şəkildə yaradılmış və sonra onlara ən uyğun müalicə axtarılmışdır.

  1. Dəniz Suyu eksperimenti

Müharibə zamanında kifayət qədər su tapılmadığı üçün dəniz suyunun içilməsi mövzusu müzakirə olunurdu. Almanlar bunu test etmək üçün bir qrup qaraçıya sadəcə dəniz suyu içirmişdilər.Sonradan müşahidə üçün onların qaraciyərlərini deşib, nəticəni öyrənməyə çalışırdılar.

  1. Kəllə-beyin travması eksperimenti

Bu eksperimentdə, 10-12 yaş arasındakı uşaqları bir stola bağlayaraq, başlarına bir neçə saniyədən bir çəkiclə zərbə vurulur. Sonra isə həkimlər onların kəlləsini yararaq, beyinin zədələnmiş hissəsini tədqiq edirdilər.

  1. Donma eksperimenti

Bu eksperiment, almanların şərq cəbhəsində qarşılaşdığı soyuq havanı simulyasiya etmək və soyuqla daha yaxşı başa çıxmağın yollarını tapmaq üçün edilmişdir. Eksperiment 2 hissədən ibarət idi. Birinci hissədə “insan neçə dərəcədə donaraq ölür?” sualına cavab axtarılır. İkinci hissədə isə “insan donduqdan sonra yenidən isidilərək həyata geri qayıda bilərmi?” sualına cavab axtarılır. Bu eksperiment nəticəsində ən az 100 nəfərin öldüyü qeyd edilir.

  1. Hündürlük eksperimenti

1942-ci ildə hündürlükdəki şərtləri simulyasiya etmək və bu vəziyyətə uyğunlaşmaq üçün Daxau həbs düşərgəsində aşağı təzyiqə malik otaq inşa edilmişdir. Burada 68.000 fitdəki (21.000 metr) vəziyyət rahatlıqla simulyasiya ediləbilirdi.

  1. Əkizlər eksperimenti

Əkizlər üstündəki eksperimentlər, insan bədəninin süni yolla manipulyasiya edilib edilə bilməyəcəyini ölçmək üçün edilirdi. Bu eksperimentləri ən çox edən şəxs Auşvitz həbs düşərgəsində 1500-dən çox əkiz üstündə işləyən Yozef Mengele idi. Əkizlərdən biri üzərində müxtəlif eksperimentlər aparıldığı vaxt, digər əkiz sadəcə müşahidə altında saxlanılırdı. Əgər əkizlərdən biri eksperiment nəticəsində ölsə, digəri üçüncü reyx tərəfindən öldürülürdü. Sonda isə iki ölü əkizin bədən yarılaraq fizyolojik dəyişikliklər müqayisə olunurdu.

Bu çoxsaylı ölüm hadisələrindən sonra eskperimentlərin daha şəffaf və humanist olması üçün 1946-cı ildə Nürnberq Kodu adı altında bəzi qaydalar yaradılmışdır. Bu qaydalardan bəziləri isə bunlardır:

  1. Araşdırmalar üçün araşdırılacaq şəxsin təsdiqi şərtdir.
  2. Araşdırma üçün alınan risk araşdırma nəticəsinin insanlara verəcəyi xeyirdən çox olmamalıdır.
  3. Subyekt istədiyi vaxt araşdırmanı sonlandıra bilər.

Müharibə bitdikdən sonra isə Almaniyanın Nürnberq şəhərində eksperimentlər səbəbilə 23 şəxsə qarşı cinayət işi açıldı. Bu 23 şəxsdən 20 nəfəri həkim idi. Məhkəmə nəticəsində 7 şəxs ölüm cəzası aldı, 7 nəfər isə azad edildi. Digərlərinə isə 20 il həbs cəzası verildi. 

Mənbə:

  1. https://en.wikipedia.org/wiki/Nazi_human_experimentation
  2. https://en.wikipedia.org/wiki/Doctors%27_trial
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7083
avatar

Oxşar yazılar