Dünyanın ən yaşlı pişiyi   – Sahibi uzun ömürlülüyün sirrindən  DANIŞDI
04 iyun 2024 12:37 (UTC +04:00)

Dünyanın ən yaşlı pişiyi – Sahibi uzun ömürlülüyün sirrindən DANIŞDI

İngiltərədə yaşayan bir kişi dünyanın ən yaşlı pişiyinə sahib olduğunu iddia edir və pişiyinin uzun ömür sürməsini “çoxlu ləzzətli qidalar” əlaqələndirir. 

Lent.az xəbər verir ki, Leslie Greenhough adlı bir adam 1995-ci ildə anadan olduğunu iddia etdiyi pişiyi Moggy Millinin yaşayan ən yaşlı pişik olduğuna inanır.

Greenhough, Millinin ilk sahibinin onun mərhum həyat yoldaşı, 55 yaşlı Paula olduğunu və Millieni ilk dəfə 1995-ci ildə, üç aylıq olanda aldıqlarını söyləyib.

69 yaşlı Greenhough, Millienin heç vaxt baytara getmədiyini, toyuq və pişik yemi ilə qidalandığını bildirib.

Greenhough, pişiyin uzun ömürlü olmasını konservləşdirilmiş ton balığı və karides də daxil olmaqla bir çoxlu yeməyə borclu olduğunu deyib.

Pişiyin sahibinin sözlərinə görə, Milli o qədər enerjilidir ki, insanlar onun 29 yaşı olduğuna inana bilmirlər.

“O, hələ də tullanmağı bacarır, lakin bu günlərdə bir az yavaşlayıb. Sadəcə ikimiz yaşayırıq. Onu başqa pişiklər narahat etmir , ona görə də düşünürəm ki, bu, ona uzun, dinc bir həyat yaşamağa kömək edir. Mən onu övladlığa götürəndən sonra heç vaxt baytar həkimə getməyib və səhhətində heç bir problem olmayıb. Hazırda bir az kardır və mənim yatağımda yatmağı sevir", - deyə Greenhough bildirib. 

Greenhough Millini “Ginnesin Rekordlar Kitabı”na saldırmaq istəyir. 

Yaşayan ən yaşlı pişik titulunun hazırda 29 dekabr 1995-ci ildə anadan olan və 28 yaşında olan Flossie aid olduğu bilinir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Sevinc Fərid

Oxşar yazılar