Dolça bürcü  qadınlarının xarakteri necədir?
18 iyun 2022 09:40 (UTC +04:00)

Dolça bürcü qadınlarının xarakteri necədir?

Hava qrupuna aid olan və Saturn planetinin idarə etdiyi Dolça bürcləri təbiətcə çox seçicidir. Onlar hər zaman rəqibini çox diqqətlə araşdırır. Əsas xarakterləri dedikdə ilk ağıla liderlik gəlir. 

Bəs, ayrılıqda dolça bürcünün qadın nümayəndələrinin xarakteri necədir? 

Lent.az  onların xarkteristikalarını təqdim edir: 

Dolça qadınları emosional və çox xüsusi insanlardır. Dolça bürcü qadının ən diqqət çəkən xüsusiyyəti azadlığına bağlı olmasıdır. Onun uzun müddət bir yerdə olan dostları və sevgilisi bu xüsusiyyətini yaxşı bilir. Olduqca qərarlıdır və etmək istədiklərinə mütləq sahib olur. Dəyişkən və bacarıqlı xarekterə sahib olması bu mövzuda ona hər zaman kömək edir. Bütün xüsusiyyətləri ilə diqqəti öz üzərinə çəkə bilir. Onlar digər bürcün nümayəndələri ilə çox yaxşı yola getməyi bacarırlar. Dolça qadınları mehriban və dostcanlıdır. Buna görə də yaxınları, tanışları tərəfindən çox sevilir. 

Bu bürcün qadınları əsasən məntiqi davranışları ilə tanınır. Belə ki, onlar hər kəsin fikrini dinləyir, amma sonda öz reallıqları ilə qərar verir. Bununla yanaşı, heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. 

Dolça qadınları təbiiliyi sevir və bununla ətrafdakıları özünə heyran etməyi xoşlayır. Onlar özlərini xoşbəxt hiss etdiyi kimi davranır. Əgər hər hansı bir dolça qadını kiloludursa və bundan razıdırsa, başqaları üçün arıqlamaq fikri ona absurd görünür. Çünki onlar üçün vacib olan öz fikirləridir.  

Dolça qadınının mənfi xüsusiyyəti bəzən nəzakətsiz olmaqlarıdır. Əllərində olan pulu düşünmədən xərcləməyi xoşlayırlar. Buna görə də bədxərcdirlər. 

İş həyatlarına gəldikdə isə yeniliklərə açıqdır. Liderlik ruhu sayəsində bir çox işlərdə uğur qazanır. Kollektiv işlərdə bacarıqlıdırlar. Nizamlı və intizamlıdırlar. İşlərinə müdaxilə olunmasını sevmir. 

Dolça qadınları sizinlə çox vaxt keçirirsə və maraqlanırsa, deməli, sizdən xoşu gəlir. Çünki onlar sevmədikləri insanlarla birlikdə olmağı sevmir. Onu əyləndirə və güldürə bilən insanlara maraq göstərir. Dolça qadını qısqanc deyil. Çünki çox özgüvənlidirlər. Partnyorunun onu qısqanmasına isə qəti dözə bilmir. Sevgi münasibətlərində sadiqliyi ilə bilinir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27042
avatar

Sevinc Fərid

Oxşar yazılar