45 yaşlı helikopteri TƏKƏRLİ EVƏ ÇEVİRDİLƏR
30 may 2023 16:23 (UTC +04:00)

45 yaşlı helikopteri TƏKƏRLİ EVƏ ÇEVİRDİLƏR

Helikopter təkərli bir evə çevrilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, köhnə "Aerospatiale SA 330 Puma" helikopteri Helicamper adlı qeyri-adi motorlu evə çevrilib. 1978-ci ildə vertolyot Almaniya, Rumıniya və Əfqanıstanda istismar edilib. 2020-ci ildə o, istismardan çıxarılıb və Amerika Birləşmiş Ştatlarından olan bir ailəyə -  Blake Morris və Maggie Mortona satılıb.

Cütlük helikopteri motorlu qoşquya çevirib. Bu proses iki il çəkib. Belə ki, helikopterin gövdəsi ikioxlu qoşquya quraşdırılıb və içərisi taxta ilə işlənib. Kokpit (kapitanın otağı) dəyişməz qalıb və səhər yeməyinə üçün saxlanılıb. Helikopterin idarəetmə qolları dəsmal tutacaqlarına çevrilib.

"Helicamper"in içərisində böyük çarpayı və televizor olan yataq otağı, soba, lavabo və soyuducu olan mətbəx və qonaq otağı var.

# 1512
avatar

Fidan İlqar

Oxşar yazılar