Zaur Əmiraslanov Xulio İglesiasa müraciət etdi
20 dekabr 2013 13:49 (UTC +04:00)

Zaur Əmiraslanov Xulio İglesiasa müraciət etdi

Əməkdar artist Zaur Əmiraslanov dünya ulduzu Xulio İglesiasın "Historia de un Amor " hitini Azərbaycan dilində təqdim edib.

Lent.az-a məlumatına görə, yeni aranjemanda təqdim olunan mahnının sözləri Zaur Əmiraslanovundur. Bu, "Dünya hitləri milli dildə" layihəsi çərçivəsində həyata keçirilib.

"Mənim əsas məqsədim - Azərbaycan dilində duya hitlərinin təbliğatıdır və bunlara yeni nəfəs verməkdir. İnanıram ki, bu gözəl lirik mahnı toy himni olacaq. Bəy ilə gəlin məhz bu mahnı sədaları altında ilk rəqsini edəcək", - Zaur Əmiraslanov bildirib.

Xatırladaq ki, "Historia de un Amor " mahnısının ingilis, fransız, çin , rus və yapon dilində versiyaları var.

Qeyd edək ki, daha öncə Zaur Əmiraslanov məşhur rus müğənnisi Oleg Gazmanovun  repertuarına müraciət edib.

# 1094

Oxşar yazılar