Teleaparıcı Zaur Baxşəliyev xəbər saytlarında övladı kimi təqdim olunan balaca qızcığazdan danışıb. O, Lent. az-a bildirib ki, haqqında dolaşan xəbər yanlışdır: “Xəbərlər portallarında yayılan şəkildəki uşaq, mənim övladım deyil. Hər kimin balasıdırsa, Allah saxlasın. Mən övladımın fotoşəklini və görüntüsünü heç bir yerdə yayımlamamışam və belə bir fikrim də yoxdur. Nə mən, nə də Günay xanım ( həyat yoldaşını nəzərdə tutur) heç bir sosial şəbəkədə yoxuq. Bu şəkli yayımlayan insanlardan xahiş edirəm ki, o körpəni mənim övladım kimi təqdim etməsinlər. Bu, həmin uşağın valideynlərinə təhqirdir. İstər ATV kanalında yayımlanan “Onlar” verilişi, istərsə də digər saytlar bu məsələni ən azından mənim özümdən dəqiqləşdirə bilərdilər. Çünki mənim bütün mətbuat orqanlarına hörmətim var. Və bu hörmətin qarşılıqlı olmasını arzulayıram. Mən öz övladım və ailəmlə heç vaxt gündəmdə olmamışam və belə bir fikrim də yoxdur. Başqasının körpəsini mənim övladım kimi təqdim etmək çox gülüncdür”.

Zaur Baxşəliyev: “O uşaq mənim deyil”
Oxşar yazılar

Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18
Teoman bu şəklin pərdəarxasını açıqladı
28 aprel 2025 , 11:10Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 , 17:40
Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ
26 aprel 2025 , 06:47
Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21