Yarışmada müğənnidən aparıcıya ağır ittiham: “Sən kişi deyilsən”
17 dekabr 2013 11:06 (UTC +04:00)

Yarışmada müğənnidən aparıcıya ağır ittiham: “Sən kişi deyilsən”

Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunda maraqlı və gərgin anlar yaşanıb. Lent.az xəbər verir ki, yarışmanın ikinci günündə iştirakçıların əksəriyyəti Mirsalam Mirsalomovun şəklini ataraq, onu səsverməyə çıxarıblar. Səsverməyə çıxan M. Mirsalamov 51.33 faiz səs yığaraq, yarışmanı davam etdirmək hüququ qazanıb. Bu zaman yarışmanın reqlamentinə uyğun olaraq, o, bir iştirakçını çıxartmalı idi. Bu iştirakçı isə müğənni Orxan Babazadə olub. Mirsalam Orxanı yarışdan uzaqlaşdırmasının səbəbini də açıqlayıb: “Mən yalandan Allaha and içən insanı yarışmadan çıxartmalı idim. Həm də öncədən söyləmişdim ki, xanım iştirakçıları çıxartmayacam. Dediyimə əməl etdim”.

 

 

Orxan isə Mirsalamın bu seçiminə çox kobud reaksiya verib: “Əgər kişi idinsə, mənimlə rəqabətə girərdin, onu bacarmadınsa, demək, sən kişi deyilsən”.

 

Onun bu sözləri isə heç bir iştirakçının ürəyincə olmayıb. Hətta aparıcı M. Dadaşov Orxana “Bura efirdir. Efirin öz qaydaları var. Bu cür söhbətlər eləmək olmaz” deyib.



Xatırladaq ki, ATV-də hər axşam canlı yayımlanan “Möhtəşəm maşın” şousunda müğənni Roza Zərgərli, Niyam Salami, Günay İbrahimli, Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Şəhriyar Əbilov, Aydan Axundova, repçi Elxan Zeynallı (Qaraqan) , idmançı Eduard Məmmədov və dicey Çina, stilist Anar Ağakişiyev, aktyor Tərlan Nuryaşar, meyxanaçı İntiqam Rüstəmov mübarizələrini davam etdirirlər.

 

# 3374
avatar

Oxşar yazılar