Türkiyənin məşhur müğənnisi Gəncədə konsert verəcək
16 dekabr 2014 17:02 (UTC +04:00)

Türkiyənin məşhur müğənnisi Gəncədə konsert verəcək

Türkiyənin məşhur müğənnilərindən olan Fərhad Göçər dekabrın 22-də Gəncə şəhərində konsert verəcək. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik (Tarix Əliyev) “İnstagram” səhifəsində məlumat verib. O, bildirib ki, türkiyəli müğənnin konserti Gəncədə İcra hakimiyyətinin qarşısında olacaq. Həmin gün eyni səhnəni xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və Natiq ritm qrupu bölüşəcək.

 

Prodüser onu da əlavə edib ki, konserti Gəncə İcra hakimiyyəti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar