Tünzalə Ağayeva Ankarada
21 yanvar 2014 15:49 (UTC +04:00)

Tünzalə Ağayeva Ankarada

Əməkdar artist Tünzalə Ağayeva Türkiyəyə yola düşüb. Qardaş ölkədə olan Tünzalə Lent.az-a bildirib ki, səfərinin məqsədi “TRT Müzik”  kanalında "Bir səsin cazibəsi" adlı verilişdə aparıcılıq etməsidir: “Hazırda Türkiyədə, “Ankara Çengelhan Rahmi M Koç Müzes” mərkəzindəyəm. Səfərimin məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bildiyiniz kimi “TRT Muzik” kanalında 13 həftə aparıcılıq edəcəm. Veriliş efirdə yayımlandıqdan sonra bu barədə danışacam”.

 

Xatırladaq ki, “TRT Müzik” kanalında "Bir səsin cazibəsi" adlı proqram şənbə günləri Türkiyə vaxtı ilə saat 11:00-da efirə çıxacaq.

# 1139
avatar

Yalçın UĞUR

Oxşar yazılar