Tiflis sirkində şir təlimçini parçalayıb
22 yanvar 2014 07:14 (UTC +04:00)

Tiflis sirkində şir təlimçini parçalayıb

Tiflis sirkində şir təlimçiyə hücum edərək, onu parçalayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun sağlıq durumu ağır dəyərləndirilib. Şirin pəncəsindən özünün, yaxud həmkarlarının qurtarması haqda məlumat verilməyib.

 

Məlumata əsasən, zərərçəkən Ukrayna sirk truppasının üzvüdür. O, qəfəsə girəndə  şir ona hücum edib.

 

Gürcüstan KİV bildirib ki, olay təlimçinin səhlənkarlığı və təhlükəsizlik qaydalarına əmələ etməməsi ucbatından baş verib.

# 1399
avatar

Oxşar yazılar