Tanınmış müğənni hamilədir
14 dekabr 2014 14:50 (UTC +04:00)

Tanınmış müğənni hamilədir

Dünya şöhrətli amerikalı müğənni Beyons növbəti dəfə ana olacaq. Lent.az-ın məlumatına görə, xeyli müddətdir müğənninin hamilə olması ilə bağlı şaiyələr gəzirdi və onun yeni çəkilmiş fotoları bu iddiaları daha da gücləndirib. Belə ki, Beyons və həyat yoldaşı Cey Zi Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonla görüşmək üçün basketbol komandalarının oyununda iştirak ediblər. Oyunda mətbuat nümayəndələrinin bütün diqqəti Beyonsun çəki almış bədən quruluşunda olub. KİV-lər dərhal müğənninin son zamanlar çox vaxt geniş paltarlar geyindiyini vurğulayıblar.


Qeyd edək ki, Cey Zi ilə Beyons 2008-ci ilin aprelində evləniblər, 2012-ci ilin yanvarında isə qızları Blu Ayvi dünyaya gəlib. Müğənni hamilə olmasını ilk dəfə “VMA” mərasimində “Love on Top” mahnısını ifa etdikdən sonra elə səhnədəcə elan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar