Türkiyənin tanınmış aktrisası Tuğba Özayın bədəninə mikrob düşüb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, baş ağrısından şikayətlənən aktrisanı yaxınları xəstəxanaya yerləşdiriblər. İlkin müayinədən sonra aktrisanın üz sinirinin iflici keçirdiyi məlum olub.
T.Özay başına gələnlərlə bağlı deyib: “Çox ağır bir boğaz infeksiyası keçirmişəm. Səhhətimdə yaranan problemlərə görə həkimə müraciət etdim. Müayinədən sonra həkim bildirdi ki, Tuğba xanım, bu xəstəlik sizi öldürməyəcək, amma süründürəcək. Buna görə də müalicə olunmalısınız.