Sevda keçirdiyi ağır qəzadan danışdı
20 dekabr 2013 11:06 (UTC +04:00)

Sevda keçirdiyi ağır qəzadan danışdı

“Bir müddət öncə pul lazım olduğu üçün avtomobilimi satıb, bir az ucuz maşın sürməli oldum”. Bunu Lent.az-a şou-biznesə rəqqasə kimi gəlib, özünü müğənni kimi təsdiqləyən Sevda Sanaliyeva deyib: “Artıq on iki ildir ki, avtomobil idarə eləyirəm. Bu günə qədər dörd-beş maşın dəyişmişəm. İlk avtomobilim “Hyundai” olub, indi də həmin markanın digər modelidir. Bundan qabaq “X-6” idi, təcili pul lazım oldu, onu satdım. İndi bir az ucuz  maşın sürürəm. Müğənniliklə yanaşı, peşəkar sürücü hesab oluna bilərəm. Amma lap təzə-təzə maşın sürəndə çox ağır qəza da keçirmişəm. Maşın tanınmaz hala düşsə də, içindən sağ çıxa bildim.  Elə o vaxtdan da, maşını  ehtiyatla idarə edirəm”.

# 3205
avatar

Yalçın UĞUR

Oxşar yazılar