Serialdakı yanğın məhəllə sakinlərini təşvişə saldı
27 oktyabr 2014 12:41 (UTC +04:00)

Serialdakı yanğın məhəllə sakinlərini təşvişə saldı

Türkiyənin ATV telekanalında yeni yayımlanmağa başlayan “Kərtənkələ” serialının çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. Lent.az-ın məlumatına görə, serialın yanğın səhnəsi həmin kadrların çəkildiyi İstanbulun Fikirtəpə küçəsinin sakinlərini əməlli-başlı narahat edib. Məhəllə sakinləri həqiqi yanğının baş verdiyini güman edərək, onu söndürməyə cəhd ediblər. Serialın rejissoru Kartal Çidamlı alov səhnəsi ilə bağlı bunları deyib: “Türkiyədə ən son texnologiyanın istifadə edildiyi həqiqi yanğın səhnəsi idi. 135 nəfər bu səhnənin çəkilişində iştirak etdi. Tüstü, alov və oksigen çatışmazlığı həm aktyorlar, həm də texniki heyətə çox çətinlik yaratdı”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar