Rüfət Mehdiyevin ölümündən 5 il ötür
01 fevral 2016 17:42 (UTC +04:00)

Rüfət Mehdiyevin ölümündən 5 il ötür

Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından beş il ötür. Lent.az-ın məlumatına görə, ifaçı 2011-ci il fevralın 1-də, beyin qan sızmasından vəfat edib.

41 yaşında dünyasını dəyişən müğənni bir çox mahnıları ilə sevilib. Onun “Darıxıram”, “Gedirəm”, “Getdin”, “İl keçdi”, “Yandırdı, yaxdı məni” mahnıları ilə geniş dinləyici auditoriyası qazanmışdı.

 

Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul idi. 1992-ci ildən müğənnilik edirdi. Mərhumun üç qızı, bir oğlu var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar