Həmkəndlisinə atəş açan qazi həbs edildi
04 avqust 2025 00:15 (UTC +04:00)

Həmkəndlisinə atəş açan qazi həbs edildi

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, kənd sakini, 34 yaşlı, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev 33 yaşlı həmkəndlisinə şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində yaralanan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.

 B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.

Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar