Röya səs verəndən sonra onlarla görüşə getdi
09 oktyabr 2013 18:58 (UTC +04:00)

Röya səs verəndən sonra onlarla görüşə getdi

Bu gün müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verdikdən 1 saat sonra fanatları ilə görüşüb. Lent. az-ın məlumatına görə, paytaxt otellərinin birində təşkil olunan görüşdə pərəstişkarları Röyaya  sürpriz ediblər. Belə ki, bir çox fanatı ona hədiyyə verib. Sonra müğənni “Gəmicilər” mahnısını onlarla birgə ifa edib. İfasını bitirdikdən sonra pərəstişkarlarının suallarını cavablandırıb. Suallardan sonra ifaçı onlardan məsləhət istəyib: “Uşaqlar, deyin görüm, növbəti geyimim necə olsun?”

Müxtəlif rəylər söyləyən fanatlar sonda Röya ilə xatirə şəkilləri çəkdiriblər. Görüş təxminən, 2-3 saat davam edib.

 

Xatırladaq ki, Röyanın fanatlarla görüşünün təşkilatçısı Kənan Bayramov olub.

 

Şəkilləri təqdim edirik.

 

Fotolar müəllifindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6356

Oxşar yazılar